C vitamini və itburnu | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

C vitamini və itburnu

“C vitamini və itburnu” tabletləri C vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur. C vitamini antioksidant təsirə malikdir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırmağa, kollagenin sintezinə, damar divarlarının möhkəmlənməsinə, diş əti qanaxmalarının inkişafını və qançırların yaranmasını azaltmağa kömək edir. “C vitamini və itburnu” məhsulunun tərkibinə C vitamininin və onun təsirini gücləndirən bioflavonoidlərin əlavə mənbəyi qismində itburnu meyvələri daxildir.

Farmakoloji təsiri

İtburnu C vitamini ilə yanaşı, həm də faydalı təbii bioflavonoidlərin də zəngin mənbəyidir. Bioflavonoidlər – müxtəlif bitkilərin meyvələrində, çiçəklərində və saplaqlarında olan güclü antioksidantlardır. C vitamini və bioflavonoidlər əlavə olaraq bir-birinin təsirini gücləndirirlər.

Buraxılış forması
100 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Vitamin (L-askorbin turşusu) – 500 mq,
  • Kalsium (kalsium fosfat) – 40 mq,
    Əlavə inqrediyentlər:
  • İtburnu – 75 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

100 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri