D3 vitamini 600 BV | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

D3 vitamini 600 BV

“D3 vitamini 600 BV” kapsulları D vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur. D vitamini sümük toxumasının möhkəmlənməsinə, osteoporozun inkişaf etmə riskinin azalmasına, orqanizmin infeksiyalara qarşı davamlılığının artmasına, orqanizmdə “xoşbəxtlik hormonunun” – serotoninin səviyyəsinin yüksəlməsinə kömək edir.

Farmakoloji təsiri

Mülayim şimal qurşağı (42 dərəcə şimal enliyindən yuxarı) ərazilərində yaşayan insanlar D vitamini çatışmazlığına daha çox məruz qalırlar. D vitamininin çatışmazlığı onun qida ilə kifayət qədər daxil olmaması, pis mənimsənilməsi və ya ona böyük miqdarlarda metabolik tələbatın olması səbəbindən yarana bilər.

Buraxılış forması
60 kapsul
120 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • D3 vitamini (xolekalsiferol) – 600 BV (15 mkq)
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

60 kapsul:

120 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri