Üçqat güclü Omeqa-3 kapsullar 950 mq EPT və DHT | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Üçqat güclü Omeqa-3 kapsullar 950 mq EPT və DHT

Omeqa-3 polidoymamış yağ turşuları essensial yağlar qrupuna aiddir, belə ki, onlar baş beynin, görmə analizatorunun hüceyrə membranlarının, digər orqan və toxumaların bioloji membranlarının formalaşmasında iştirak edirlər. İnsan orqanizmi özü onları sintez etmədiyindən, onlar qida ilə daxil olmalıdır. “Üçqat güclü Omeqa-3 950 mq EPT və DHT” məhsulunun alınması üçün soyuq dənizlərin dərin sularında yaşayan balıqlardan (ançous, skumbriya, sardina, siyənək) alınan, Omeqa-3 PDYT ilə zəngin olan balıq yağından istifadə edilir. Tərkibində Omeqa-3 sinfindən yağ turşularının olduğu bütün Solgar məhsulları arasında “Üçqat güclü Omeqa-3 950 mq EPT və DHT” məhsulunun bir kapsulunun tərkibində Omeqa-3 PDYT-nin ən yüksək dozası – 950 mq vardır. “Üçqat güclü Omeqa-3 950 mq EPT və DHT” unikal molekulyar distillə texnologiyası ilə – balıq yağından ağır metal duzlarını kənarlaşdırmağa imkan verən metodla istehsal edilir. Acılaşmadan və oksidləşmədən qorumaq məqsədi ilə “Üçqat güclü Omeqa-3 950 mq EPT və DHT” kapsullarının hər birinin tərkibinə təbii E vitamini əlavə edilmişdir.

Farmakoloji təsiri
Omeqa-3 yağ turşuları görmə qabiliyyətinin qorunmasına, baş beynin fəaliyyətinin yaxşılaşmasına, ürək-damar xəstəliklərinin profilaktikasına, xolesterinin səviyyəsinin normallaşmasına kömək edirlər.

Buraxılış forması
50 kapsul
100 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Omeqa-3 PDYT – 950 mq
    o cümlədən
  • Dokozaheksaen turşusu (DHT) – 378 mq,
  • Eykozapentaen turşusu (EPT) – 504 mq
    Mənbəyi:
  • Balıq yağının konsentratı – 1400 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

50 kapsul:

100 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri