Kişilər üçün otlardan ibarət kompleks | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Kişilər üçün otlardan ibarət kompleks

“Kişilər üçün otlardan ibarət kompleks” kapsulları panaksozidlərin və eleuterozidlərin əlavə mənbəyi qismində tövsiyə olunur. Bu kompleksin tərkibində cırtdan palma meyvələrinin, ikievli gicitkən yarpaqlarının, zarlı gəvən kökünün, Koreya jenşeni kökünün, tikanlı eleuterokokk kökünün, soya izoflavonlarının təbii ekstraktları, cırtdan palma meyvələrinin tozu, zarlı gəvən kökünün tozu, tikanlı eleuterokokk kökünün tozu, gicitkən yarpaqlarının tozu vardır. Balanslaşdırılmış tərkibi sayəsində “Kişilər üçün otlardan ibarət kompleks” kapsulları ümumi möhkəmləndirici təsirə malikdir, iş qabiliyyətinin və stressə qarşı davamlılığın yüksəlməsinə, immunitetin möhkəmlənməsinə, prostat vəzi adenomasının inkişaf etmə riskinin azalmasına və testosteronun səviyyəsinin normallaşmasına kömək edir.

Farmakoloji təsiri

Cırtdan palmanın (So Palmetto) meyvələrinin və onların ekstraktının tərkibində iltihab əleyhinə fəallığa malik olan və prostat vəzinin hiperplaziyasının (adenomasının) qarşısını almağa kömək edən maddələr vardır. Gicitkən yarpaqlarının ekstraktı və tozu mülayim sidikqovucu təsir göstərir, prostat vəzinin adenoması zamanı sidik ifrazı prosesini yüngülləşdirməyə, prostat vəzinin funksiyasını normallaşdırmağa kömək edir. Zarlı gəvən bitkisinin ekstraktı və tozu tonuslandırıcı vasitə qismində istifadə olunur. Həmçinin gəvən bitkisinin fəal inqrediyentləri orqanizmin immunitetini və yoluxucu xəstəliklərə qarşı müqavimətini artırmağa kömək edirlər. Koreya jenşeninin və eleuterokokkun ekstraktları orqanizmə tonuslandırıcı təsir göstərir, əqli və fiziki yüklənmələrə daha asanlıqla davam gətirməyə, müxtəlif növ stresslərlə mübarizə aparmağa kömək edirlər. Soya izoflavonlarının ekstraktı prostat vəzi xərçənginin inkişaf etmə riskini azaltmağa imkan verir. Bundan əlavə, soya izoflavonları ürək-damar sisteminə müsbət təsir göstərir, xolesterinin səviyyəsinin aşağı salınmasında iştirak edirlər.

 

Buraxılış forması
50 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1-2 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Panaksozidlər – 6,0 mq,
  • Eleuterozidlər – 0,6 mq
    Mənbələri:
  • Cırtdan palma meyvələrinin ekstraktı – 75 mq,
  • İkievli gicitkən yarpaqlarının ekstraktı – 75 mq,
  • Zarlı gəvən kökünün ekstraktı – 75 mq,
  • Koreya jenşeni kökünün ekstraktı – 75 mq,
  • Tikanlı eleuterokokk kökünün ekstraktı – 75 mq,
  • Soya izoflavonlarının ekstraktı – 75 mq,
  • Cırtdan palma meyvələrinin tozu – 50 mq,
  • Zarlı gəvən kökünün tozu – 50 mq,
  • Tikanlı eleuterokokk kökünün tozu – 25 mq,
  • Gicitkən yarpaqlarının tozu – 25 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, sinir oyanıqlığının artması, yuxusuzluq, ürək fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, güclü ateroskleroz

Tövsiyə edilən qiymət

50 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri