Quru A vitamini 1500mkq (5000BV) | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Quru A vitamini 1500mkq (5000BV)

“Quru A vitamini 1500 mkq (5000 BV)” tabletləri A və C vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunur.

A vitamini immun sisteminin qorunması və orqanizmin ətraf mühitin mənfi təsirlərinə qarşı müqavimətinin artırılması üçün zəruridir.  Dərinin regenerasiyasını sürətləndirir, kollagen sintezinə təsir göstərir və dəri strukturunun yaxşılaşmasına kömək edir.

Farmakoloji təsiri:

A vitamini orqanizmin ətraf mühit faktorlarının mənfi təsirlərinə qarşı müqavimətinin artırılmasında mühüm rol oynayır. Bu vitamin immun hüceyrələrinin funksional aktivliyini stimullaşdıraraq, selikli qişaların bakterial və virus mənşəli patogenlərə qarşı davamlılığını gücləndirir.

Retina (torlu qişa) səviyyəsində A vitamini işığa həssas piqmentlərin prekursoru olub, fotoreseptorlardan sinir impulslarının ötürülməsində iştirak edir, bu da toranlıq və rəngli görmənin qorunmasına töhfə verir.

Bundan əlavə, A vitamini gözün selikli qişasının epitel bərpasını dəstəkləyir.

Buraxılış forması
100 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər üçün: gündə 1 tablet yemək zamanı qəbul edilir.
Bioloji aktiv maddələr
  • Vitamin A – 1500 mkq,
  • Vitamin C – 10 mq.
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

100 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri