Prostata plyus | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Prostata plyus

Prostat vəzinin disfunksiyası – kişilər arasında ən çox yayılmış patologiyadır. Prostat vəzinin hiperplaziyasına 50 yaşdan yuxarı kişilər daha çox məruz qalırlar. Bu patologiya aşağıdakı simptomlarla müşayiət olunur: tez-tez və ağrılı sidik ifrazı, narahatlıq, impotensiya.

“Prostata Plyus” kompleksinin tərkibinə daxil olan standartlaşdırılmış bitki ekstraktları, eləcə də sink və selen mineralları bu simptomların aradan qaldırılmasına kömək edir.

Farmakoloji təsiri

“Prostata plyus” kapsulları kişilər üçün bioloji fəallığa malik qida əlavəsi – likopinin, selenin, sinkin əlavə mənbəyi qismində tövsiyə olunur.

“Prostata plyus” kompleksinin tərkibinə cırtdan palma meyvələrinin (So Palmetto), Afrika gavalısı qabığının, gicitkən yarpaqlarının ekstraktları, soya izoflavonlarının konsentratı, sitrus pektini, pomidordan alınan likopin, balqabaq toxumlarının tozu, eləcə də sink və selen mineralları daxildir.

“Prostata plyus” kapsulları prostat vəzi adenomasının inkişaf etmə səbəblərinə kompleks şəkildə təsir edir və onun inkişaf etmə riskinin azalmasına kömək edir.

“Prostata plyus” kapsullarının istehsalı zamanı “PHYTO2X” metodundan istifadə edilir, bu metod təbii E, C vitaminlərinin, β-karotinin əlavə edilməsi sayəsində komponentlərin təzəliyini qoruyub saxlamağa imkan verir.

Buraxılış forması
60 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Likopin – 3,5 mq,
  • Sink (sink qlisinat) – 5 mq,
  • Selen (L-selenometionin) – 12,5 mkq,
  • Beta-sitosterinə hesablamada fitosterinlər – 1,5 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

60 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri