Xrom pikolinat | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Xrom pikolinat

“Xrom pikolinat” kapsulları xromun əlavə mənbəyi qismində tövsiyə olunur.
Xrom qlükozanın metabolizmində iştirak edir, orqanizmin şəkəri mənimsəməsinə kömək edir. Bunun sayəsində xromun əlavə qəbulu şirniyyata və un məmulatlarına olan meylin azalmasına, habelə şəkərli diabetin inkişaf etmə riskinin azalmasına kömək edir. “Xrom pikolinat” kapsullarının tərkibində xromun optimal dozası asan mənimsənilən üzvi (xelat) formada olur.

Farmakoloji təsiri

Xrom – həyati vacib mikroelementdir. Xrom orqanizmdə çox böyük rol oynayır. Xrom insulinlə birlikdə orqanizmin şəkəri mənimsəməsinə kömək edir, bununla da qlükozanın metabolizmini yaxşılaşdırır və qanda şəkərin “sıçrayışlarının” qarşısını alır. Buna görə də, qanda şəkərin səviyyəsi yüksək olan insanlara II tip ŞD-nin qarşısının alınması üçün xromun qəbulu xüsusilə vacibdir. Xromun daha bir mühüm rolu – çəkiyə nəzarət barədə çox az insan məlumatlıdır.

Buraxılış forması
90 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Xrom (xrom pikolinat) – 200 mkq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

90 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri