Təbii soya lesitini | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Təbii soya lesitini

“Təbii soya lesitini” kapsulları fosfolipidlərin əlavə mənbəyi qismində tövsiyə olunur.
Lesitin qaraciyər hüceyrələrini qoruyan və onların bərpa olunmasında iştirak edən; xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edən və aterosklerozun inkişaf etmə riskini azaldan; beynin fəaliyyətini stimullaşdıran essensial yağ turşularının, xolinin və inozitolun təbii mənbəyidir.

Farmakoloji təsiri

Lesitin – xolinin, inozitolun, bəzi mineralların və vitaminlərin, eləcə də hüceyrə membranının əsasını təşkil etmələri səbəbindən, orqanizmin hər bir hüceyrəsinin fəaliyyəti üçün zəruri olan fosfolipidlərin təbii mənbəyidir. Fosfolipidlər hüceyrə karkasını dəstəkləməklə struktur funksiyasını yerinə yetirirlər, molekulyar nəqletmə proseslərində və fermentativ reaksiyalarda iştirak edirlər.

Buraxılış forması
100 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 2 dəfə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Fosfolipidlər – 720 mq
    Mənbəyi:
  • Soya lesitini – 1360 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

100 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri