Maqnezium sitratı | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Maqnezium sitratı

“Maqnezium sitratı” tabletləri maqneziumun əlavə mənbəyi kimi istifadə üçün tövsiyə olunur.

Maqnezium, orqanizmin emosional gərginlik və stressə qarşı adaptasiyasını dəstəkləyən təbii antistress komponent kimi fəaliyyət göstərir.  Maqneziumun əlavə qəbulu miqren tutmalarının tezliyi və intensivliyinin, habelə aşağı ətraf əzələlərində qıcolmaların azalmasına kömək edə bilər.

“Maqnezium sitratı” yüksək bioloji əlçatanlığa malik üzvi (xelat) formada təqdim olunur və orqanizm tərəfindən asanlıqla mənimsənilir.

Farmakoloji təsiri:

Maqnezium arterial təzyiqin normallaşmasına, əzələ qıcolmalarının və damar spazmlarının qarşısının alınmasına kömək edir.

Həmçinin maqnezium sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırır və onu psixoemosional stressin mənfi təsirlərindən qoruyur.

Buraxılış forması
60 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər üçün: gündə 2 dəfə, hər dəfə 1 kapsul yemək zamanı qəbul edilir
Bioloji aktiv maddələr
  • Maqnezium (maqnezium sitratı) – 200 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə və laktasiya dövründə olan qadınlara istifadədən əvvəl həkimlə məsləhətləşmələri tövsiyə edilir.

Əks-göstərişlər

Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq mümkündür. İstifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

60 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri