Lipotrop faktor | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Lipotrop faktor

“Lipotrop faktor” tabletləri xolinin, inozitin və metioninin əlavə mənbəyi qismində tövsiyə olunur.

Xolin, inozitol və metionin sinergetik təsir göstərirlər ki, bu da çəkinin azaldılması, reproduktiv sistemin sağlamlığının dəstəklənməsi, yağ və karbohidrat mübadiləsinin normallaşdırılması probleminə kompleks şəkildə yanaşmağa imkan verir.

SOLGAR şirkətinin məhsulu olan “Lipotrop faktorun” arıqlama məqsədi ilə istifadəsini fiziki hərəkətlərin yerinə yetirilməsi ilə birlikdə həyata keçirmək tövsiyə olunur. Bu kompleksi ilk növbədə, piylərin başlıca olaraq bel nahiyəsində yığıldığı insanların qəbul etməsi məqsədəuyğundur.

Farmakoloji təsiri

Xolin qaraciyərdə lipidlərin metabolizmində iştirak edir, qanda insulinin səviyyəsini tənzimləyərək karbohidrat mübadiləsinə müsbət təsir göstərir, habelə sinir impulsunun ötürülməsində iştirak edir, yaddaşı və koqnitiv funksiyaları yaxşılaşdırır.

İnozitol xolesterinin səviyyəsini normada saxlayır, karbohidrat mübadiləsini normallaşdırır, reproduktiv sistemə müsbət təsir göstərir.

L-metionin qaraciyər hüceyrələrində təbii bərpa proseslərinə kömək edir.

Buraxılış forması
50 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Xolin (xolin bitartrat) – 410 mq,
  • İnozitol – 1000 mq,
  • L-Metionin – 1000 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

50 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri