Kurkumin | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Kurkumin

Kurkumin bütün orqanizmin işinə müsbət təsir edir, o cümlədən oynaqların sağlam işləməsinə, ürəyin qorunmasına kömək edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

“Kurkumin” kapsulları ənənəvi sarıkök preparatları ilə müqayisədə danılmaz üstünlüyə malikdir, belə ki, onlar sarıkök tozu ilə müqayisədə Kurkuminin biomənimsənilməsini 185 dəfə artırmağa imkan verən patentləşdirilmiş Novasol™ texnologiyası üzrə istehsal edilirlər. Kiçik, 30 nm ölçülü misellalar mədənin turş mühitinə qarşı davamlıdırlar, miselyar formanın amfifil xüsusiyyətləri isə Kurkuminin biomənimsənilməsinin artmasını təmin edir.

Patentləşdirilmiş Licaps® kapsul texnologiyası kurkuminin stabil saxlanmasını və aktiv maddənin sürətli buraxılmasını təmin edir, bu da yüksək bioeffektivliklə nəticələnir.

Licaps® kapsulları vegetarianlara uyğundur, qlüten və digər allergenlər ehtiva etmir.

Bir 40 mq Licaps® kapsulu = 100 mq-lıq 12 adi kurkumin kapsuluna bərabər bioeffektivliyə malikdir.

*Fankha-Berton, Tenon M., Bouter-Banon S. və b. Kurkuminoidlərin farmakokinetikası formulyasiyadan asılıdır: insanlarda krossover tədqiqat. “Nutrisiologiya” jurnalı.

Farmakoloji təsiri:

Kurkumin oynaqların sağlam işləməsinə, onların hərəkətliliyinin və elastikliyinin yaxşılaşmasına, məşqlər zamanı əzələ toxumasının və oynaqların iltihabının azalmasına kömək edir.Güclü antioksidant və sağaldıcı təsirə malikdir, immun sisteminin aktivləşməsinə kömək edir.

Lipid mübadiləsinin normallaşmasına, iltihabi reaksiyaların azalmasına, yaşlanma proseslərinin ləngiməsinə kömək edir.

Buraxılış forması
30 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr

Kurkumin (Novasol™) – 40 mq

Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

30 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri