C vitamini ilə portağal dadlı Kanqavites™ | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

C vitamini ilə portağal dadlı Kanqavites™

Kanqavites® – uşaq orqanizminin faydalı vitaminlərə olan optimal gündəlik tələbatını təmin edən uşaqlar üçün vitaminlərin innovasiyalı seriyasıdır, istehsalatın hər bir mərhələsində ciddi nəzarət isə yüksək səviyyəli təhlükəsizliyə və effektivliyə zəmanət verir.
C vitamini uşaq orqanizminin immunitetini və infeksiyalara qarşı müqavimətini artırmağa kömək edir. Buna görə də, payız-qış soyuqdəymə dövrlərində, habelə tez-tez xəstələnən uşaqlar üçün C vitamininin əlavə qəbulu xüsusilə vacibdir. C vitamini ilə portağal dadlı Kanqavites 100 mq müstəsna olaraq diqqətlə seçilmiş təbii komponentlərdən, sintetik konservantlar, boyaq maddələri və potensial allergenlər əlavə edilmədən istehsal edilir. C vitamini ilə portağal dadlı Kanqavites 100 mq xoş portağal dadına malik olan çeynəmə tabletləri şəklində buraxılır.

Farmakoloji təsiri

C vitamini bakteriya və virusların məhv edilməsinə cavabdeh olan hüceyrələrin işini stimullaşdıran anticisimlərin sintezinə kömək etməklə immun sistemin fəaliyyətində iştirak edir, habelə toxumaların regenerasiyası üçün zəruridir. C vitamini uşaq orqanizminin immunitetini və infeksiyalara qarşı müqavimətini artırmağa kömək edir.

 

Buraxılış forması
90 çeynəmə tableti
İstifadəyə dair tövsiyələr
3 yaşdan yuxarı uşaqlar: gündə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • C vitamini (natrium askorbat, L-askorbin turşusu) – 100 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. İstifadə etməzdən əvvəl həkim-pediatrla məsləhətləşmək lazımdır. 14 yaşa qədər uşaqlarda istifadə edildikdə, həkim-pediatrın məsləhəti ilə və onun nəzarəti altında qəbul edilməlidir

Tövsiyə edilən qiymət

90 çeynəmə tableti:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri