Kalsium 600 | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Kalsium 600

“Kalsium 600” tabletləri D vitamininin və kalsiumun əlavə mənbəyi qismində tövsiyə olunur.

Kalsium sümüklərin sıxlığının və möhkəmliyinin azalması ilə xarakterizə olunan osteoporozun qarşısının alınmasına kömək edir, qanın laxtalanması prosesində və ürək fəaliyyətinin dəstəklənməsində, habelə sinir impulslarının ötürülməsi prosesində iştirak edir.

“Kalsium 600” məhsulunun hər bir tabletinin tərkibində kalsiumun və D vitamininin optimal gündəlik dozası məhsulu gündə 1 dəfə qəbul etməyə imkan verir. “Kalsium 600” ilk növbədə 30 yaşadək insanlara tövsiyə olunur.

Farmakoloji təsiri

Kalsium – insan üçün ən vacib minerallardan biridir, eyni zamanda orqanizmdə bütün kalsiumun demək olar ki, 99%-i sümük və qığırdaq toxumalarının tərkibindədir və kalsiumun yalnız 1%-i yumşaq toxuma hüceyrələri daxilində və hüceyrədənkənar mayedə mövcuddur.

Kalsium qanın laxtalanma sisteminin ən vacib komponentidir, ürəyin sabit fəaliyyəti, sinir impulslarının ötürülmə proseslərinin həyata keçirilməsi üçün zəruridir.

300 BV dozada D3 vitamini orqanizmdə kalsiumun sorulmasını və mənimsənilməsini artırır.

Buraxılış forması
60 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Kalsium (dəniz ilbizi qabığından alınan kalsium karbonat) – 600 mq,
  • D3 vitamini (xolekalsiferol) – 300 BV
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul edilməlidir. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

60 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri