Qlükozamin-xondroitin Kompleksi | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Qlükozamin-xondroitin Kompleksi

“Qlükozamin, xondroitin və MSM” tabletləri qlükozaminin və xondroitin sulfatın metilsulfonilmetan ehtiva edən əlavə mənbəyi qismində tövsiyə olunur. Qlükozamin və xondroitin qığırdaq toxumasının əsas tərkib hissələridir. Qlükozamin, xondroitin və MSM-in birlikdə qəbulu oynaq qığırdağının bərpa olunmasının təbii proseslərini stimullaşdırır, oynaqların hərəkətliliyini yaxşılaşdırır, qığırdağın sonrakı parçalanmasının qarşısını alır.

Farmakoloji təsiri

Qlükozamin və xondroitin qığırdaq toxumasının əsas tərkib hissələridir. Xondroitin də həmçinin qığırdağın tərkibində suyu saxlamaq qabiliyyətinə malikdir, bu da hərəkət zamanı amortizasiyanı və rahatlığı təmin edir.
Metilsulfonilmetan (MSM) – təbii birləşmədir, üzvi kükürdün mənbəyidir, iltihabi proseslərin və ağrı hissiyyatının azalmasına, qığırdaqların, bağların və vətərlərin mexaniki möhkəmliyinin və elastikliyinin artırılmasına kömək edir.

Buraxılış forması
60 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 2 dəfə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Qlükozamin hidroxlorid – 750 mq,
  • Xondroitinsulfat – 600 mq,
  • Metisulfonilmetan (MSM) – 350 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

60 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri