Fol turşusu | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Fol turşusu

Fol turşusu (B9 vitamini) B qrupundan olan, suda həll olan vitamindir. Fol turşusunun çatışmazlığı – ən çox rast gəlinən hipovitaminozlardan biridir. Fol turşusu zülal mübadiləsində, böyümə və inkişaf proseslərində mühüm rol oynayır. Qaraciyərdə piy mübadiləsinə, xolesterinin və bir sıra vitaminlərin mübadiləsinə müsbət təsir edir. Reproduktiv yaşda olan qadınların sağlamlığının dəstəklənməsində fol turşusunun xüsusi əhəmiyyəti vardır, belə ki, hamiləlik dövründə onun çatışmazlığı vaxtından əvvəl doğuşa və sonradan uşağın fiziki və əqli inkişafdan qalmasına gətirib çıxara bilər.

Farmakoloji təsiri

Fol turşusu orqanizmdə baş verən bir çox mübadilə proseslərində, o cümlədən nuklein turşularının sintezində, zülal mübadiləsində, qan hüceyrələrinin formalaşmasında iştirak edir. Fol turşusunu ilk növbədə hamiləliyin planlanması mərhələsində və birinci trimestrində olan qadınlar döldə sinir borusunun inkişaf qüsurlarının profilaktikası məqsədi ilə qəbul etməlidirlər.

 

Buraxılış forması
100 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Fol turşusu – 400 mkq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

100 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri