Folat 400 Mkq "Metafolin" | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Folat 400 Mkq “Metafolin”

“Folat 400 mkq “Metafolin” tabletləri fol turşusunun əlavə mənbəyi qismində tövsiyə olunur.

Solgar şirkətinin istehsalı olan Folat 400 mkq – bir tabletdə yüksək biomənimsənilmə qabiliyyətinə malik olan aktiv formalı fol turşusunun optimal miqdarıdır və orqanizmdə bu vitaminin çatışmazlığını aradan qaldırmağa imkan verir.

Farmakoloji təsiri

Metafolinin orqanizmdə aktivləşməsi və təsir göstərməsi üçün əlavə metabolik çevrilməsi tələb olunmur, bu da MTHFR geninin polimorfizmi olan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Metafolinin optimal miqdarı hamiləlik zamanı dölün formalaşması və böyüməsi üçün normal şəraiti təmin edir.

Metafolinin istifadəsi ürək-damar xəstəliklərinin yaranma riskinin azalmasına müsbət təsir göstərir.

Buraxılış forması
50 tablet
100 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zaman
Bioloji aktiv maddələr
  • Fol turşusu (kalsium L-metilfolat metafolin® şəklində) – 400 mkq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər

Tövsiyə edilən qiymət

50 tablet:

100 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri