Flavo-sink pastilləri 50 əd. | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Flavo-sink pastilləri 50 əd.

“Flavo-sink” pastilləri sinkin əlavə mənbəyi qismində tövsiyə olunur. “Flavo-sink” orqanizm tərəfindən asan mənimsənilən və mədə-bağırsaq traktı tərəfindən əlavə təsirlərin inkişaf etməsinin minimal riskinə malik olan üzvi (xelat) formada təqdim olunur. Məhsul xoş limon ətrinə malik olan sorma pastilləri formasında buraxılır. Sinkin pastil şəklində bu cür buraxılış forması ağız boşluğunda yerli antibakterial effekt əldə etməyə imkan verir.

Farmakoloji təsiri

Sink – antioksidantdır, orqanizmin infeksiyalara qarşı müqavimətinin artmasına kömək edir; piy vəzilərinin fəaliyyətini tənzimləməyə, yağlı parıltı və dəridə iltihablarla mübarizə aparmağa imkan verir; saçların tökülməsinin qarşısını alır; kollagenin sintezində iştirak edir; insulinin sekresiyasını stimullaşdırır; spermatogenez prosesində iştirak edir.

 

Buraxılış forması
50 pastil
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 pastil, yemək zamanı
Bioloji aktiv maddələr
  • Sink (sink sitrat, sink qlükonat) – 23 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər

Tövsiyə edilən qiymət

50 pastil:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri