Ester-C plyus C vitamini | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Ester-C plyus C vitamini

“Ester-C plyus C vitamini 500 mq” kapsulları təbii tərkibə malikdir və onların tərkibinə sitrus bitkilərinin (limon, portağal, qreypfrut, laym, mandarin) flavonoidləri, aserola meyvələri, itburnu meyvələri daxildir. Ester-C C vitamininin patentləşdirilmiş formuludur. Adi C vitamini ilə müqayisədə Ester-C: orqanizmdə daha sürətlə mənimsənilir, orqanizmdə öz fəallığını daha uzun müddət qoruyub saxlayır və mədənin selikli qişasını qıcıqlandırmır.

Farmakoloji təsiri

C vitamini insan orqanizmində sintez olunmur və qida ilə daxil olmalıdır, belə ki, bu vitamin bir çox biokimyəvi reaksiyaların və qoruyucu mexanizmlərin tənzimləyicisidir. C vitamini neyromediatorların –noradrenalinin, serotoninin sintezində, habelə xolesterindən öd turşularının sintezində mühüm rol oynayır, antioksidantdır, kollagenin, karnitinin, hormonların və aminturşuların sintezində iştirak edir, sümüklərin və qan damarlarının sağlamlığı üçün zəruridir, immun sistemin funksiyasını dəstəkləyir və dəmirin sorulmasını asanlaşdırır.

Buraxılış forması
50 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • C vitamini – 500 mq,
  • Rutin – 5 mq
    Mənbələri:
  • Sitrus bioflavonoidləri – 25 mq,
  • Aserola (meyvələri) – 10 mq,
  • İtburnu (meyvələri) – 10 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

50 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri