Purpur exinaseya ekstraktı | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Purpur exinaseya ekstraktı

“Purpur exinaseya ekstraktı” məhsulunun hər bir kapsulunun tərkibində xırdalanmış exinaseya otu və exinaseya köklərinin ekstraktı vardır, istifadə edilən unikal Full Potency və Vakuum qurutma texnologiyaları isə bitkinin bütün fəal komponentlərinin faydalı təsirini qoruyub saxlamağa imkan verirlər. “Purpur exinaseya ekstraktı” şəkər, nişasta, maya, qlüten, sintetik konservantlar və aromatizatorlar əlavə edilmədən, müstəsna olaraq təbii xammaldan istehsal edilir. Bu məhsulu ayda 10 gündən çox olmamaqla qəbul etmək tövsiyə olunur. Maksimal təsirin əldə edilməsi məqsədi ilə məhsulun qəbuluna soyuqdəymənin ilk əlamətləri meydana çıxdıqda başlamaq tövsiyə olunur.

Farmakoloji təsiri

Exinaseya immunitetin stimullaşdırılmasına, orqanizmin infeksiyalara qarşı müqavimətinin artırılmasına, soyuqdəymə xəstəliklərinin simptomlarının yüngülləşdirilməsinə və müddətinin azaldılmasına kömək edir, patogen mikroorqanizmlərin orqanizmə daxil olmasına və fəal şəkildə yayılmasına mane olur.

Buraxılış forması
100 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Hidroksidarçın turşularının cəmi – 10 mq
    Mənbələri:
  • Purpur exinaseya otu – 265 mq,
  • Purpur exinaseya köklərinin ekstraktı – 65 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya, proqressivləşən sistem xəstəlikləri (vərəm, leykoz, dağınıq skleroz, kollagenozlar)

Tövsiyə edilən qiymət

100 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri