E vitamini, maye forması – 59 ml | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

E vitamini, maye forması – 59 ml

“Maye E vitamini” E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunur.

Tərkibində tokoferolun izomerlərinin (d-α, d-β, d-δ, d-γ) qarışığı şəklində təqdim olunan təbii mənşəli E vitamini vardır, bu da onun antioksidant təsirini gücləndirir.

E vitamini ürək-damar sisteminin funksional vəziyyətinin qorunmasına kömək edir və dərinin vaxtından əvvəl qocalmasının qarşısının alınmasına dəstək verir. Maye doza forması udma çətinliyi yaşayan şəxslər üçün əlverişlidir.

Farmakoloji təsiri:

E vitamini orqanizmdə mühüm fizioloji proseslərdə iştirak edən və lipidlərin oksidləşməsindən qoruyan əvəzolunmaz lipofil vitaminlərdən biridir. Təbii E vitamini əsasən bitki yağlarında, dənli bitkilərdə, toxumlarda və çərəzlərdə mövcuddur.

Buraxılış forması
Maye forması
İstifadəyə dair tövsiyələr
Böyüklər üçün – gündə 1 dəfə, qida qəbulu zamanı 15 damcı (0,5 ml), Hamilə və süd verən qadınlar üçün – gündə 1 dəfə, qida qəbulu zamanı 2 damcı.
Bioloji aktiv maddələr

Flakon (59,0 ml) damcı dozatoru ilə təchiz olunmuşdur:

  • Vitamin E (d-α-tokoferol) – 150 BV/0,5 ml,
    həmçinind-β, d-γ, d-δ tokoferollar
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə və laktasiya dövründə olan qadınlara istifadədən əvvəl həkimlə məsləhətləşmələri tövsiyə edilir.

Əks-göstərişlər

Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq mümkündür. İstifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

Maye forması:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri