İkiqat güclü Omeqa-3 ’700 mq’ EPT və DHT | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

İkiqat güclü Omeqa-3 ’700 mq’ EPT və DHT

“İkiqat güclü omeqa-3 700 mq EPT və DHT” kapsulları polidoymamış Omeqa-3 yağ turşularının, o cümlədən eykozapentaen və dokozaheksaen turşularının, E vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur.
“İkiqat güclü Omeqa-3 700 mq EPT və DHT” kapsullarının tərkibində 1400 mq (gündəlik doza) Omeqa-3 PDYT vardır, unikal molekulyar distillə texnologiyası ilə – balıq yağından ağır metal duzlarını kənarlaşdırmağa imkan verən metodla istehsal edilir. Acılaşmadan və oksidləşmədən qorumaq məqsədi ilə “İkiqat güclü Omeqa-3 700 mq EPT və DHT” kapsullarının hər birinin tərkibinə təbii E vitamini əlavə edilmişdir.

Farmakoloji təsiri

Omeqa-3 – orqanizmin özünün sintez edə bilmədiyi polidoymamış yağ turşuları (PDYT) sinfidir, buna görə də, omeqa-3 PDYT-nin qida ilə orqanizmə kifayət qədər daxil olmasına nəzarət etmək çox vacibdir. Omeqa-3 yağ turşuları görmə qabiliyyətinin qorunmasına, baş beynin fəaliyyətinin yaxşılaşmasına, ürək-damar xəstəliklərinin profilaktikasına, xolesterinin səviyyəsinin normallaşmasına kömək edirlər. Balıq, xüsusilə də yağlı balıq növləri (skumbriya, qızılbalıq, tuna balığı) omeqa-3 PDYT-nin zəngin mənbəyidir.

Buraxılış forması
30 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 2 dəfə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Omeqa-3 PDYT – 700 mq,
    o cümlədən
  • Dokozaheksaen turşusu (DHT) – 240 mq,
  • Eykozapentaen turşusu (EPT) – 360 mq,
  • E vitamini – 4,8 mq,
  • Mənbəyi: Balıq yağının konsentratı – 1200 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

30 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri