D3 vitamini ilə kalsium sitrat | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

D3 vitamini ilə kalsium sitrat

“D3 vitamini ilə kalsium sitrat” tabletləri kalsiumun və D vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur.

Kalsium sümüklərin sıxlığının və möhkəmliyinin azalması ilə xarakterizə olunan osteoporozun qarşısının alınmasına kömək edir, qanın laxtalanması prosesində və ürək fəaliyyətinin dəstəklənməsində, habelə sinir impulslarının ötürülməsində iştirak edir.

Xolekalsiferol şəklində təmsil olunan D3 vitamini kalsiumun sümük toxuması tərəfindən mənimsənilməsinə kömək edir.

“D3 vitamini ilə kalsium sitrat” məhsulunda kalsium üzvi (xelat) formada iştirak edir ki, bu da orqanizmin onu asanlıqla mənimsəməsinə imkan verir.

Farmakoloji təsiri

Kalsiumun kifayət miqdarda qəbulu həyatın bütün dövrlərində tələb olunur, əvvəlcə – sümük kütləsinin yüksək pik səviyyəsinin əldə edilməsi üçün, sonra – onun qorunub saxlanılması üçün, daha sonra isə – itkilərin profilaktikası üçün, belə ki, yaş artdıqca kalsiumun sümüklərdən təbii yuyulması prosesi başlayır. Lakin kalsiumun rolu sümük toxumasının formalaşması ilə bitmir.

Kalsium qanın laxtalanma sisteminin ən vacib komponentidir, ürəyin sabit fəaliyyəti, sinir impulslarının ötürülmə proseslərinin həyata keçirilməsi üçün zəruridir. Kalsium karbonatdan fərqli olaraq kalsium sitrat hətta mədə turşuluğu aşağı olduqda belə, orqanizmdə mənimsənilir.

Buraxılış forması
60 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Kalsium (kalsium sitrat) – 250 mq,
  • D3 vitamini (xolekalsiferol) – 150 BV
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə qadınların və südverən anaların istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmələri tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

60 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri