Şokolad dadlı Vey tu qou zülallı zərdab | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Şokolad dadlı Vey tu qou zülallı zərdab

Kalorilərin miqdarı az olan, rahat keçirilən yüksək keyfiyyətli zülalın mənbəyi.
Zülal – orqanizmin toxumalarının dəstəklənməsi və bərpası üçün həyati əhəmiyyət kəsb edir, zülal – fermentlərin struktur komponentidir, vitaminlərin və mineralların mənimsənilməsinə kömək edir. Məsələn, zülal çatışmazlığı zamanı dəmirin mənimsənilməsi prosesi əhəmiyyətli dərəcədə pozula bilər. Zülalın qida dəyəri isə onun aminturşu tərkibindən və orqanizm tərəfindən mənimsənilmə qabiliyyətindən asılıdır.
Vey tu qou zülallı zərdab – L-formada – rahat mənimsənilmə üçün yüksək dərəcədə biomənimsənilən formada olan əvəz olunmayan aminturşuların mənbəyidir. Zərdab zülalı orqanizm üçün yüksək bioloji dəyərə malikdir. Zərdab zülalı aminturşuların mənbəyi olmaqla, keçirilmiş xəstəliklərdən sonra bərpa dövrünün sürətlənməsinə, toxluq hissinin qorunub saxlanmasına və qida rasionunun zənginləşməsinə kömək edir ki, bu da yaşlı nəsil üçün xüsusilə vacib ola bilər.
Grass Fed Whey to Go – bir ölçü qaşığında Yeni Zelandiya otlaqlarında otla bəslənilən inəklərin südündən alınan 20 qram zülal olan zülallı zərdabdır.
Şokolad dadlı Vey tu qou zülallı zərdab qida dəyərlərinin və faydalarının artırılması məqsədi ilə zülallı kokteylin və sevimli bişintinin hazırlanması üçün istifadə edilə bilər. Məhsulun tərkibinə mikroelementlərlə və bioflavonoidlərlə zəngin təbii aromatizator olan kakao daxildir.

Farmakoloji təsiri

Aminturşular dərinin elastikliyinin dəstəklənməsi və gənclik gözəlliyinin uzadılması üçün vacib elementlərdir. Leysin, valin və izoleysin – orqanizmin öz daxili zülalını deyil, dərialtı piy ehtiyatlarını parçalayaraq enerji itkilərini bərpa etməsi üçün vacibdirlər. Triptofan və tirozin qanda insulinin səviyyəsini tənzimləyərək aclıq hissinin dəf edilməsinə kömək edirlər. Triptofan həm də müəyyən sakitləşdirici təsirə malikdir ki, bu da stress səviyyəsinin azalmasına kömək edir.

Buraxılış forması
377 q
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 ölçü qaşığı, yemək zamanı, əvvəlcədən bir stəkan (200 ml) suda, süddə və ya şirədə həll etməklə.
Bioloji aktiv maddələr

Fəal komponentlərin tərkibi, 1 ölçü qaşığı:

  • L-alanin – 1030 mq;
  • L-asparagin turşusu – 2220 mq;
  • L-qlutamin turşusu – 3353 mq;
  • L-histidin – 365 mq;
  • L-izoleysin – 1222 mq;
  • L-leysin – 2379 mq;
  • L-lizin – 1882 mq;
  • L-metionin – 454 mq;
  • L-fenilalanin + L-tirozin – 687 +727 mq;
  • L-prolin – 1009 mq;
  • L-treonin – 1161 mq;
  • L-triptofan – 445 mq;
  • L-valin – 1117 mq;
  • L-sistein – 638 mq;
  • Teobromin – 45 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya, fenilketonuriya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

377 q:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri