Axşam primulasının yağı kapsullar 500 mq | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Axşam primulasının yağı kapsullar 500 mq

“Axşam primulasının yağı 500 mq” kapsulları polidoymamış yağ turşularının, o cümlədən linol və qamma-linolen turşularının əlavə mənbəyi qismində tövsiyə olunur.

Axşam primulasının yağı – aybaşı dövrünün gedişini yüngülləşdirməyə kömək edən omeqa-6 yağ turşularının mənbəyidir. Kompleks müalicənin tərkibində xoşagəlməyən hissləri və dəri qüsurlarının təzahür dərəcəsini azaltmağa imkan verir.

“Axşam primulasının yağı 500 mq” kapsulları soyuq sıxma yolu ilə əldə edilmişdir, bu metod axşam primulası toxumlarının və onun aktiv komponentlərinin bütün faydalı xüsusiyyətlərini qoruyub saxlamağa imkan verir.

Farmakoloji təsiri

Axşam primulasının yağı – omeqa-6 yağ turşularının, xüsusilə də, PMS-nin (predmenstrual sindromun) təzahürlərinin yumşaldılmasına kömək edən qamma-linolen turşusunun (QLT) mənbəyidir.

QLT-nin əlavə qəbulu müxtəlif dəri xəstəlikləri (dermatit, ekzema və psoriaz) zamanı qaşınmanı və dərinin iltihabını azaltmağa imkan verir.

Buraxılış forması
60 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • PDYT – 410 mq,
  • Linol turşusu – 365 mq,
  • Qamma-linolen turşusu (omeqa-6) – 45 mq
  • Mənbəyi: Axşam primulası toxumlarının yağı – 500 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

60 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri