Antioksidant formul | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Antioksidant formul

“Antioksidant formul” kapsulları А, С, Е, В2, В6 vitaminlərinin, beta-karotinin, manqanın, sinkin, misin, selenin, flavoliqnanların (silibinin) mənbəyi qismində tövsiyə olunur.

“Antioksidant formul” diqqətlə seçilmiş ən yüksək keyfiyyətli komponentlərin geniş tərkibinə malikdir və orqanizmi asan mənimsənilən (xelat) formada təbii vitaminlər, minerallarla təmin edir, bunlar orqanizmi ətraf mühitin mənfi amillərinin təsirindən qorumağa və yaşla bağlı dəyişikliklərin profilaktikasına kömək edirlər.

Farmakoloji təsiri

Sərbəst radikalları neytrallaşdıran antioksidantlar orqanizm üçün olduqca vacibdirlər.

Kompleksin tərkibinə vitaminlər, minerallar, bitki ekstraktları və güclü antioksidant xüsusiyyətlərə malik olan aminturşular daxildir.

Buraxılış forması
30 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • С vitamini – 250 mq,
  • E vitamini – 67 mq,
  • A vitamini – 940 mkq,
  • Silibin – 3,8 mq,
  • Sink – 5 mq
  • Selen – 25 mkq,
  • Manqan – 2 mq,
  • Mis – 0,5 mq,
  • Taurin – 25 mq,
  • Beta-karotin – 2,25 mq,
  • В2 vitamini – 3 mq,
  • В6 vitamini – 3 mq,
  • L-sistein – 50 mq

Əlavə inqrediyentlər:

  • Karotinoidlərin qarışığı – 43 mq,
  • L-qlutation – 12,5 mq,
  • İtburnu tozu (meyvələri) – 3 mq,
  • Piridoksal-5-fosfat – 3 mq,
  • Riboflavin-5-fosfat – 3 mq,
  • Proantosianidinlərin kompleks qarışığı (yaşıl çayın (yarpaqları), qırmızı şərabın (qabığı) ekstraktları, piknogenol) – 25,5 mq,
  • Bitki ekstraktları (spirulina, ginkqo biloba ekstraktı (yarpaqları), südlü qanqalın ekstraktı (toxumları), qotu kolanın ekstraktı (otu), itburnu ekstraktı (meyvələri)) – 35 mq.
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

30 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri