Omeqa 3-6-9 yağ turşularının kompleksi 1300 mq | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Omeqa 3-6-9 yağ turşularının kompleksi 1300 mq

“Omeqa 3-6-9 yağ turşuları kompleksi 1300 mq” kapsulları bioloji fəallığa malik qida əlavəsi – polidoymamış yağ turşularının (PDYT), o cümlədən omeqa 3 PDYT-nin (eykozapentaen, dokozaheksaen, alfa-linolen turşularının), omeqa-6 PDYT-nin (linol, qamma-linolen turşularının), E vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur.

“Omeqa 3-6-9 yağ turşuları kompleksi 1300 mq” – əvəz olunmayan yağ turşularının optimal balansıdır, bu kompleks dərinin nəmlənməsinə, saçlara parıltının və elastikliyin bəxş edilməsinə kömək edir, dəri qüsurlarının təzahürlərini azaltmağa imkan verir. Məhsulun təzəliyini qoruyub saxlamaq üçün hər bir kapsulun tərkibinə E vitamini əlavə edilmişdir.

Farmakoloji təsiri:

Yağ turşuları hüceyrələrin strukturuna və fəallığına təsir edərək hüceyrə qılafının formalaşmasında iştirak edirlər. Omeqa-6 və Omeqa-9 yağ turşuları bütövlükdə orqanizmə faydalı təsir edirlər, lakin xüsusilə dərinin və saçların normal fizioloji vəziyyəti üçün olduqca faydalıdırlar – onlar dərinin daha nəmlənmiş və elastik, saçların isə daha güclü və parlaq olmasına imkan verirlər.

Buraxılış forması
60 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr

Omeqa-3 yağ turşuları:

  • Alfa-linolen turşusu – 195 mq,
  • Eykozapentaen turşusu – 114,7 mq,
  • Dokozaheksaen turşusu – 73,7 mq

Omeqa-6 yağ turşuları:

  • Linol turşusu – 199,3 mq,
  • Qamma-linolen turşusu – 82,3 mq,

Omeqa-9 yağ turşuları:

  • Olein turşusu – 108 mq,

E vitamini – 13 mq

Mənbələri: Balıq yağı – 433,3 mq, Göyzaban yağı – 433,3 mq, Kətan yağı – 433,3 mq

Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

60 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri