Bütün gün ərzində aktiv və enerjili qalmaq necə olar? | SOLGAR — сайт в Азербайджане

Bütün gün ərzində aktiv və enerjili qalmaq necə olar?

4dəqiqəoxudu

Enerji və dözümlülük — yalnız orqanizmin canlılıq ehtiyatını əks etdirən mücərrəd anlayışlar deyil, məhsuldarlıq və rifahın əsas amilləridir. Gündəlik tapşırıqları effektiv şəkildə yerinə yetirmək, işdə uğur qazanmaq, idmanla məşğul olmaq və sadəcə həyatdan həzz almaq üçün kifayət qədər enerji səviyyəsini saxlamaq vacibdir. Əks halda, hətta orta fiziki və zehni fəaliyyət sürətli yorğunluğa, aşağı əhval-ruhiyyəyə və stressə səbəb olacaqdır. Dözümlülük, öz növbəsində, yüklənmələrin öhdəsindən gəlməyə, daha sürətli bərpa olmağa, səmərəliliyi və həmişə əla formada qalmaq üçün motivasiyanı saxlamağa kömək edir.

 

Dözümlülüyü artırmaq və enerjini qorumaq necə olar?

 

1. Fiziki fəallıq. Məşqlər dözümlülüyü inkişaf etdirməyə kömək edir, lakin məşqlərin intensivliyi müntəzəmliyi qədər vacib deyil. Gəzinti, qaçış, üzgüçülük və velosiped sürmə ilə başlamaq, sonra intensivliyi və tempi tədricən artıraraq idman zalı və ya fitness mərkəzinə baş çəkməyi əlavə etmək tövsiyə olunur.

 

2. Müvazinətləşdirilmiş qidalanma. Zülallar, yağlar və karbohidratların müvazinətini saxlamaq, rasionun müxtəlif və tam olmasını təmin etmək vacibdir. Rasionunuza daha çox meyvə, tərəvəz, tam taxıl və zülallar mənbələrini, həmçinin bitki yağları və nutrientləri daxil edin.

 

Alfa-lipoik turşu orqanizm üçün əvəzolunmaz enerji mənbəyidir.

 

Alfa-lipoik və ya tioktik turşu çox güclü antioksidantdır. O enerji istehsalına kömək edir, karbohidratlar və yağlar mübadiləsini normallaşdırır. Alfa-lipoik turşunun unikallığı ondan ibarətdir ki, o həm suda, həm də yağda həll olunur, buna görə hüceyrənin müxtəlif hissələrinə və hətta hüceyrələr arasındakı boşluğa nüfuz edə bilir.

 

SOLGAR’dan «Alfa-lipoik turşu 60 mq» gərgin məşq dövrləri də daxil olmaqla əlavə enerji mənbəyi kimi istifadə edilə bilər. Həmçinin SOLGAR’dan «Alfa-lipoik turşu» antioksidant dəstək verir, sərbəst radikalların təsirinin qarşısını alır və orqanizmin qocalmasının ən vacib amillərindən biri – qlikasiya prosesi ilə mübarizə aparır.

 

Orqanizmin gündəlik dəstəklənməsi üçün ən vacib nutrientlərdən biri – Omeqa-3 polidoymamış yağ turşuları (PDYT). Onlar hüceyrə membranları üçün tikinti blokları olduğu, maddələr mübadiləsində və orqanizmin müxtəlif funksiyalarının tənzimlənməsində iştirak etdiyi üçün essensial yağlar qrupuna aiddir. Orqanizm onları öz-özünə sintez edə bilmədiyi üçün onlar qidadan alınmalıdır.

 

Omeqa-3 PDYT bütövlükdə orqanizmi qidalandırmaq, baş beyininin və oynaqların fəaliyyətini dəstəkləmək, görmə və ürək-damar sistemini qorumaq (çünki qan damarlarının elastikliyini saxlamağa və xolesterol səviyyəsini normallaşdırmağa kömək edir) və lipid mübadiləsini dəstəkləmək üçün faydalıdır.

 

SOLGAR’dan «Üçlü Omeqa-3 950 mq EPT və DHT» — vəhşi soyuq su balıqlarının (həmsə, makrel, sardina, siyənək) yumşaq toxumalarından omeqa-3 yağ turşularının əlavə mənbəyidir. Omeqa-3 xəttinin istehsalında Solgar yumşaq istehsal üsulu olan soyuq presləmədən istifadə edir ki yağ turşularının bütün faydalı xüsusiyyətlərini qoruyub saxlamağa imkan verir. Molekulyar distillə üsulu ilə unikal təmizləmə texnologiyası sayəsində isə «Üçlü Omeqa-3 950 mq»nın tərkibində çirklər və ağır metalların duzları yoxdur.

 

3. Kifayət qədər su qəbul etmək. Orqanizmdə su müvazinətini saxlamaq vacibdir, çünki susuzlaşdırma yorğunluğa da səbəb ola bilər. Sağlam bir insan üçün optimal su miqdarı onların çəkisi, fəalliyinin səviyyəsi və digər amillərdən asılıdır, lakin orta hesabla gündə 1,5 litrdən 3 litrə qədər maye içmək tövsiyə olunur.

 

4. İstirahət və bərpa. Enerji və dözümlülüyü saxlamaq üçün fiziki fəalliyi və sağlam qidalanmanı müntəzəm istirahət və bərpa ilə birləşdirmək vacibdir. İstirahətə keyfiyyətli yuxu, gün ərzində fasilələr və zövq aldığınız məşğuliyyətlər da daxildir.

 

Əzələlərin və orqanizmin digər toxumalarının saxlanması və bərpası üçün fermentlərin struktur komponenti olan, vitamin və mineralların udulmasına kömək edən zülallar həyati vacibdir. Zülalın qida dəyəri onun amin turşularının tərkibindən və orqanizm tərəfindən sorulmaq qabiliyyətindən asılıdır.

 

SOLGAR’dan «Vey tu qou zülal zərdabı» — bu rahat dözülən, aşağı kalorili məzmuna malik yüksək keyfiyyətli zülal mənbəyidir. Zərdab proteini əvəzolunmaz amin turşularının mənbəyi olmaqla bərabər enerji itkisini doldurmağa, xəstəliklərdən sağalmanı sürətləndirməyə, aclıq hissini yatırmağa və rasionu zənginləşdirməyə kömək edir.

«Vey tu qou zülal zərdabı» zülal kokteyllərinin və sevimli xəmir xörəklərinin qida dəyərini və faydalarını artırmaq üçün onları hazırlamaqda istifadə edilə bilər.

 

5. Stresi idarə etmək. Enerji və dözümlülük təkcə fiziki sağlamlıqdan deyil, həm də psixi sağlamlıqdan da asılıdır, o cümlədən stresslə nə qədər tez-tez qarşılaşdığımızdan, ona necə reaksiya verdiyimizdən və onun nəticələrinin öhdəsindən necə gəldiyimizdən. Stressin öhdəsindən gəlməyə fiziki məşqlər, təmiz havada gəzintilər, istirahət və meditasiya, mütəxəssislərlə məsləhətləşmə və xüsusi qida əlavələrinin qəbulu kömək edir.

 

Enerji və dözümlülük — fəal və dolğun həyatın əsasıdır. Müvazinətləşdirilmiş qidalanma, müntəzəm fiziki yüklənmələr və yüksək keyfiyyətli nutrientlər qıvrıqlığı saxlamağınıza və yaxşı vəziyyətdə qalmağınıza kömək edəcəklər. Özünüzə qulluq etməyi təxirə salmayın — sübut edilmiş SOLGAR’dan həlləri seçin və həyatınızın hər anından həzz alın!