Qəhvəyi dəniz yosunlarından və kalium yodidindən alınmış yod | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Qəhvəyi dəniz yosunlarından və kalium yodidindən alınmış yod

Bu tabletlər yodun əlavə mənbəyi kimi tövsiyə olunur.

Yodun orqanizmə daxil olması müxtəlif amillərin – xüsusən də digər həyati vacib mikronutrientlərin (vitaminlər və mikroelementlər) çatışmazlığı və gündəlik həyat streslərinin təsiri ilə pozula bilər.

Yod çatışmazlığı zamanı yorğunluq, baş ağrısı, depressiv əhval-ruhiyyə, əsəbilik, qıcıqlanma, yaddaş və intellektin zəifləməsi müşahidə olunur.

Farmakoloji təsiri:

Yod qalxanabənzər vəz hormonlarının əsas struktur komponentidir. Bu hormonlar isə orqanizmin normal inkişafı, böyüməsi və funksional fəaliyyətinin təmin olunmasında mühüm rol oynayaraq bütün mübadilə proseslərinə çoxşaxəli təsir göstərir.

Buraxılış forması
250 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər üçün: gündə 1 tablet yemək zamanı qəbul edilir.
Bioloji aktiv maddələr
  • Yod – 200 mkq
    Mənbələr: Kalium yodid – 160 mkq, Şimal Atlantik mənşəli qəhvəyi dəniz yosunu (kelp) – 40 mkq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Əks-göstərişlər

Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq və yod preparatlarının istifadəsinə əks göstəriş olan hallar mümkündür. İstifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Qalxanabənzər vəzi xəstəlikləri olan şəxslər və yod preparatları qəbul edənlər bu məhsuldan istifadə etməzdən əvvəl həkim-endokrinoloqla məsləhətləşməlidirlər.

Tövsiyə edilən qiymət

250 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri