Ənginar yarpaqlarının ekstraktı | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Ənginar yarpaqlarının ekstraktı

“Ənginar yarpaqlarının ekstraktı” kapsulları tərkibində aşılayıcı maddələr olan hidroksidarçın turşularının əlavə mənbəyi qismində tövsiyə olunur.

Ənginar yarpaqlarının tərkibində olan fəal maddələr, başlıca olaraq, sinarin, qaraciyər hüceyrələrini qoruyaraq ödqovucu təsirə, habelə bağırsaq motorikasının güclənməsinə kömək edir.

Vakuum qurutma texnologiyası bütün bioloji fəal maddələri tam həcmdə qoruyub saxlamağa imkan verir.

Farmakoloji təsiri

Ənginar yarpaqlarının ekstraktı ödün sekresiyasının artmasına kömək edir, öd isə öz növbəsində yağların və yağda həll olan maddələrin (məsələn, yağda həll olan vitaminlərin) həzm olunması və mənimsənilməsi, habelə bağırsağın motorikasının yaxşılaşdırılması üçün zəruridir.

Ənginar yarpaqlarının ekstraktı ödqovucu təsiri nəticəsində qaraciyərin və öd kisəsinin bir çox xəstəliklərinin profilaktikası üçün istifadə edilir. Sidikqovucu təsirə malikdir.

Buraxılış forması
60 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Xlorogen turşusuna hesablamada hidroksidarçın turşularının cəmi – 10 mq,
  • Taninə hesablamada aşılayıcı maddələr – 13,6 mq
    Mənbəyi: Ənginar yarpaqlarının quru ekstraktı – 300 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

60 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri