Resveratrol 100 mq | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Resveratrol 100 mq

“Resveratrol 100 mq” kapsulları polifenol birləşmələrinin (resveratrolun) əlavə mənbəyi qismində tövsiyə olunur.

Resveratrol antioksidant təsirə malikdir, orqanizmin vaxtından əvvəl yaşlanmasının qarşısını almağa, ürək-damar sisteminin möhkəmlənməsinə kömək edir.

Sintetik inqrediyentlər, boyaq maddələri və potensial allergenlər əlavə edilmədən müstəsna olaraq təbii komponentlərdən istehsal edilir.

Farmakoloji təsiri

Resveratrol – bəzi bitkilərdə, xüsusilə də qırmızı üzümdə böyük miqdarlarda rast gəlinən təbii birləşmədir.

Resveratrol güclü antioksidantdır, oksidləşdirici stressin inkişafına mane olur və yaşlanma proseslərini ləngidir.

Resveratrol aşağıdakılara kömək edir:
1) qandan pis xolesterinin çıxarılmasına
2) qan dövranının yaxşılaşmasına və ürək-damar xəstəliklərinin qarşısının alınmasına
3) orqanizmdə iltihabi proseslərin azalmasına
4) qaraciyərin müxtəlif amillərin, o cümlədən keyfiyyətsiz qidanın mənfi təsirindən qorunmasına

Buraxılış forması
60 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Resveratrol – 100 mq
    Mənbəyi: Qırxbuğum kökünün ekstraktı – 200 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlü

Tövsiyə edilən qiymət

60 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri