Neronutrients | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Neronutrients

“Neronutrients” kapsulları C, B1, B2, B6 vitaminlərinin, niasinin əlavə mənbəyi, qlutaminin mənbəyi qismində tövsiyə olunur.

“Neronutrients” – beynin fəaliyyətinin yaxşılaşmasına, yaddaşın və diqqət cəmlənməsinin artmasına, təşviş hissinin, əsəbiliyin və yorğunluğun azalmasına kömək edən Ginkqo Biloba yarpaqlarının ekstraktı ilə birlikdə sərbəst formada olan vitaminlərin və aminturşuların kompleksidir.

Farmakoloji təsiri

  • Yaddaşın və öyrənmə qabiliyyətinin yaxşılaşmasına səbəb olan aminturşular (L-fenilalanin, L-tirozin və L-qlutamin).
  • Beynin fəaliyyətini stimullaşdıran, yaddaşı yaxşılaşdıran, təşviş və qorxu hissini azaldan, yuxunun pozulmaları zamanı kömək edən B qrupu vitaminləri (B1, B2, B3 və B6).
  • Xolin və lesitin – beynin vacib tikinti elementləridir. Bu maddələrin çatışmazlığı əsəbiliyə, yorğunluğa, yaddaşın və diqqəti cəmləmə qabiliyyətinin pisləşməsinə səbəb olur.

“Neronutrients” kompleksinin tərkibinə daxil olan ginkqo biloba yarpaqlarının ekstraktı isə beyin qan dövranını, eləcə də beynin oksigenlə və qida maddələri ilə təchizatını yaxşılaşdırır.

Buraxılış forması
30 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • C vitamini – 100 mq,
  • В6 vitamini – 2,5 mq,
  • В3 vitamini – 5 mq,
  • В1 vitamini – 5 mq,
  • В2 vitamini – 5 mq,
  • L-qlutamin – 167 mq,
  • L-tirozin – 167 mq,
  • L-fenilalanin – 167 mq,
  • Fosfatidilxolin – 5,94 mq,
  • Ginkqo bilobanın flavonoqlikozidləri – 1 mq,
  • Xolin (xolin bitartrat) – 41 mq

Əlavə inqrediyentlər:

  • Soya lesitini – 33 mq,
  • Ginkqo biloba yarpaqlarının ekstraktı – 7 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, fenilketonuriya

Tövsiyə edilən qiymət

30 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri