Kollagen və hialuron turşusunun kompleksi | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Kollagen və hialuron turşusunun kompleksi

“Kollagen və hialuron turşusunun kompleksi” tabletləri C vitamininin, xondroitin sulfatın və hialuron turşusunun əlavə mənbəyi qismində tövsiyə olunur.

Dərinin optimal nəmlənmə səviyyəsini qoruyub saxlamağa, yaşlanma proseslərini və qırışların yaranmasını ləngitməyə kömək edir, dərinin turqorunu yaxşılaşdırır, dərinin çox yaxşı nəmlənməsini və uzunmüddətli yumşaqlığını təmin edir.

“Kollagen və hialuron turşusunun kompleksi” – premium sinifli yüksək keyfiyyətli məhsuldur. Məhsulun tərkibinə daxil olan hialuron turşusu və II tip kollagen aşağı molekulyar formada təqdim olunmuşdur ki, bu da onların yüksək səviyyədə mənimsənilməsini təmin edir.

“Kollagen və hialuron turşusunun kompleksi” yüksək təhlükəsizlik profilinə malikdir, belə ki, sintetik konservantlar və potensial allergenlər olmadan istehsal edilir.

 

Kollagen dəriyə elastiklik və möhkəmlik verir, habelə dırnaqların, saçların və digər birləşdirici toxumaların möhkəmləndirilməsində iştirak edir, hialuron turşusu dərini nəmlə zənginləşdirir. Xondroitin sulfat qığırdaq toxumasının vəziyyətinə əlavə müsbət təsir göstərir. C vitamini kollagenin sintezində mühüm rol oynayır, xondroitin sulfat isə qığırdaq toxumasının bərpasına kömək edir.

Buraxılış forması
30 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zaman
Bioloji aktiv maddələr
  • Xondroitinsulfat – 192 mq,
  • Hialuron turşusu – 120 mq,
  • C vitamini (kalsium askorbat) – 100 mq
  • Hidroliz olunmuş II tip kollagen – 720 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunu

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

30 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri