D3 vitamini ilə Kalsium-Maqnezium | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

D3 vitamini ilə Kalsium-Maqnezium

“D3 vitamini ilə Kalsium-Maqnezium” tabletləri D3 vitamininin, kalsiumun və maqneziumun mənbəyi qismində tövsiyə olunur.

“D3 vitamini ilə Kalsium-Maqnezium” tabletlərinin tərkibində kalsiumun və maqneziumun orqanizmdə asan mənimsənilən sitrat (xelat) formaları vardır. Kompleksin tərkibində kalsium və maqnezium optimal 2:1 nisbətində mövcuddur.

Kalsium, D3 vitamini və maqnezium sümük toxumasının möhkəmlənməsinə və osteoporozun profilaktikasına, baldır əzələlərində qıcolmaların azalmasına kömək edir və ürək-damar sisteminin normal fəaliyyətini təmin edir.

Farmakoloji təsiri

Kalsium və maqnezium sümük toxumasının əsasını təşkil edir, sümük toxumasının minerallaşmasına və sıxlığına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bundan əlavə, maqnezium D vitamininin metabolizmini tənzimləyir, sonuncu da öz növbəsində fosfor-kalsium mübadiləsinin tənzimlənməsində, sümük toxumasının minerallaşmasında və kalsiumun homeostazının dəstəklənməsində iştirak edir.

Buraxılış forması
150 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1- 2 dəfə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Kalsium (kalsium sitrat) – 200 mq,
  • Maqnezium (maqnezium oksid, maqnezium sitrat) – 100 mq,
  • D3 vitamini (xolekalsiferol) – 80 BV
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul edilməlidir. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlü

Tövsiyə edilən qiymət

150 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri