Norveç treskasının qaraciyər yağı | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Norveç treskasının qaraciyər yağı

“Treska balığının qaraciyər yağı” kapsulları A və D vitaminlərinin, omeqa-3 polidoymamış yağ turşularının əlavə mənbəyi qismində tövsiyə olunur.

  • A vitamini immunitetin möhkəmlənməsinə, kollagenin sintezinə, görmə qabiliyyətinin qorunmasına, yaraların sağalmasına kömək edir.
  • D vitamini sümük toxumasının möhkəmlənməsində, osteoporozun inkişaf etmə riskinin azalmasında, orqanizmin infeksiyalara qarşı davamlılığının artırılmasında, orqanizmdə “xoşbəxtlik hormonunun” – serotoninin səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.

“Treska balığının qaraciyər yağı” kapsullarının istehsalı zamanı molekulyar distillə metodundan istifadə edilir, bu metod treska balığında olan ağır metal qatışıqlarını kənarlaşdırmağa imkan verir.

Farmakoloji təsiri

Dərinin zədələnmələri (yaralar, günəş yanıqları) zamanı A vitamini sağalma proseslərini sürətləndirir, habelə kollagenin sintezinə kömək edir, yeni yaranan toxumanın keyfiyyətini yaxşılaşdırır. A vitamini güclü antioksidantlara aiddir, orqanizmin infeksiyalara qarşı müqavimətinin artırılmasını təmin edir.

D vitamini də A vitamini kimi orqanizmdə çoxsaylı proseslərdə iştirak edir.

Buraxılış forması
100 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 1 kapsul, yemək zamanı.
Bioloji aktiv maddələr
  • A vitamini (retinil palmitat) – 1250 BV,
  • D3 vitamini (xolekalsiferol) – 135 BV,
  • Omeqa-3 PDYT – 100 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər.

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. İstifadə etməzdən əvvəl məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

100 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri