L-karnitin tabletlər 500 mq 30 əd. | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

L-karnitin tabletlər 500 mq 30 əd.

“L-Karnitin 500 mq” tabletləri bioloji fəallığa malik qida əlavəsi – L-Karnitinin əlavə mənbəyi qismində tövsiyə olunur.

L-Karnitinin qəbulu iş qabiliyyətini, fiziki dözümlülüyü artırmağa, məşqlərdən sonra bərpa prosesini sürətləndirməyə imkan verir, fiziki yüklənmələr zamanı artıq çəkinin azalmasına kömək edir.

“L-Karnitin 500 mq” tabletlərinin tərkibində maksimum dərəcədə mənimsənilmə üçün sərbəst L-formada karnitin vardır.

Farmakoloji təsiri

L-karnitin nəqledici kimi yağ turşularını hüceyrə mitoxondrilərinə daşıyır, burada onlar parçalanır və enerji əmələ gəlir.

Buraxılış forması
30 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • L-karnitin 500 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

30 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri