L-Arginin kapsullar 500 mq 50 əd. | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

L-Arginin kapsullar 500 mq 50 əd.

“L-Arginin 500 mq” kapsulları bioloji fəallığa malik qida əlavəsi – argininin əlavə mənbəyi qismində tövsiyə olunur.

L-Arginin erektil funksiyanın, cinsi istəyin (kişilərdə və qadınlarda) yaxşılaşmasına, spermanın aktivliyinin yüksəlməsinə və onun tərkibində spermatozoidlərin miqdarının artmasına kömək edir.

Ürək-damar sistemi üçün L-arginin arterial təzyiqin normallaşmasına, aterosklerotik piləklərin yaranmasının azalmasına kömək edir.

İdmanda L-Arginin əzələ toxumasının formalaşmasına kömək edir, əzələlərin qidalanmasını yaxşılaşdırır.

Argininin L-forması onun sürətlə mənimsənilməsinə, MBT-də diskomfort hissinin olmamasına kömək edir.

Farmakoloji təsiri

Metabolizm nəticəsində orqanizmdə L-arginindən azot oksidi əmələ gəlir, onun faydalı xüsusiyyətlərinin kəşfi 1998-ci ildə tibb sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür. Məhz azot oksidi qan dövranına və damarların funksiyasına təsir edən əsas maddədir.

Buraxılış forması
50 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • L-arginin 500 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunu

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

50 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri