Fermentləşdirilmiş Kodji kulturasında dəmir 27 mq | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Fermentləşdirilmiş Kodji kulturasında dəmir 27 mq

Kodji bitkisi Yaponiya mədəniyyəti ilə sıx bağlıdır, 2000 ildən artıqdır ki, bu texnologiya sirkənin, soya sousunun və misonun istehsalında istifadə edilir. Kodji – yapon terminidir, düyüdə yetişdirilmiş mayadan “becərilən dən” deməkdir.
Fermentləşdirilmiş Kodji kulturasında dəmir 27 mq – Solgar şirkətinin innovasiyasıdır, dəmirin yüksək biomənimsənilməyə malik, ləng azad olan formasıdır.
Məhsul fermentləşdirilmiş Kodji mühitinə dəmirin daxil edilməsi yolu ilə əldə edilir. Mühit yetişib qıcqırdıqca, mineral bitkiyə daxil edilir və onda saxlanılır. Fermentləşdirilmiş mühit sayəsində dəmir ləng azad olan və mədə üçün təhlükəsiz formaya çevrilir. Elementar dəmirin daha çox istifadə edilən əlavə mənbələri ilə müqayisədə, fermentləşdirilmiş Kodji kulturasında dəmir qan dövranına sabit sorulma sürətinə malikdir.
Dəmir insan orqanizminin normal həyat fəaliyyəti üçün zəruri olan əvəzolunmaz mikroelementlərə aiddir. Dəmir çatışmazlığı zamanı insan bədənində ən mühüm funksiyanı – oksigenin hüceyrələrə daşınmasını yerinə yetirən hemoqlobinin sintezi pozulur.
“Fermentləşdirilmiş Kodji kulturasında dəmir 27 mq” məhsulunun gündə bir dəfə qəbulu immun sistemin funksiyalarını, enerji balansını dəstəkləyir, yorğunluğu və tez yorulmanı azaldır, eləcə də koqnitiv funksiyaların yaxşılaşmasına kömək edir.

Buraxılış forması
30 kapsul
İstifadəyə dair tövsiyələr
Qadınlar: gündə 1 kapsul, yemək zamanı.
Bioloji aktiv maddələr

Dəmir (fermentləşdirilmiş Kodji sulfat dəmirindən, Ultimine) 27 mq

Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tövsiyə edilən qiymət

30 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri