Qotu Kola ekstraktı kapsullar | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Qotu Kola ekstraktı kapsullar

“Qotu Kola ekstraktı” kapsulları triterpen qlikozidlərinin əlavə mənbəyi qismində tövsiyə olunur.
“Qotu Kola ekstraktı” kapsulları damar divarlarının möhkəmlənməsinə, limfodrenaj təsiri sayəsində sellülitin təzahürlərinin qarşısının alınmasına və ləngidilməsinə, habelə beyin qan dövranının və beynin oksigenlə təchizatının yaxşılaşmasına kömək edir. “Qotu Kola ekstraktı” kapsulları müstəsna olaraq təbii xammaldan, unikal Vakuum qurutma texnologiyalarından və PhytO_2X sistemindən istifadə edilməklə istehsal edilir, bu texnologiya və sistemlər xammalın hazırlanması üçün tələb olunan temperatur rejimlərinə əməl edilməsi və təbii antioksidantların (A, C vitaminlərinin, beta-karotinin) istifadəsi sayəsində bütün fəal maddələri qoruyub saxlamağa imkan verirlər.

Farmakoloji təsiri

Qotu kola “yaddaş üçün bitki” kimi tanınır, belə ki, beyin qan dövranını və beynin oksigenlə təchizatını yaxşılaşdırır, bununla da yaddaş və təfəkkür proseslərini aktivləşdirir, reaksiya sürətini artırır. Qotu kola bitkisi həmçinin ətraflarda qan dövranının yaxşılaşmasına, damar divarının keçiriciliyinin azalmasına kömək edir, ödemlərin yaranmasına mane olur, venaların varikoz genişlənməsinin qarşısını almağa kömək edir. Qan və limfa dövranının yaxşılaşması sayəsində qotu kola ekstraktının əlavə qəbulu sellülitin azalmasına təsir edir. Yuxarıda sadalanan təsirlərdən əlavə, qotu kola ekstraktı nəzərəçarpan regenerasiyaedici xüsusiyyətlərə malikdir, dərinin bərpasına və yenilənməsinə, yara, sıyrıq və yanıqların sağalmasının sürətlənməsinə kömək edir.

 

Buraxılış forması
100 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Triterpen qlikozidləri – 6 mq,
  • Aziatikozid -0,39 mq
    Mənbəyi:
  • Qotu Kola yarpaqlarının ekstraktı – 100 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

100 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri