Psillium, qida lifləri, kapsullar 500 mq | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Psillium, qida lifləri, kapsullar 500 mq

Solgar şirkətinin istehsal etdiyi “Psillium, qida lifləri 500 mq” məhsulu həzm proseslərinin normallaşmasına şərait yaradan, qəbizlik və ishal zamanı kömək edən, qanda şəkərin və xolesterinin səviyyəsinin normallaşmasına yardım edən, habelə bağırsaq mikroflorası üçün zəruri olan bitki mənşəli lifli maddənin mənbəyidir. Bununla yanaşı, lifli maddə çox yaxşı sorbentdir və sorulan kalorilərin miqdarını qismən azaldır, qidada olan qlükozanı tutub saxlayır və onun qana daxil olmasını azaldır.

Farmakoloji təsiri

Lifli maddə təbii sorbentdir və mədədə həcmcə böyüyür, toxluq hissi yaradır və sorulan kalorilərin miqdarını azaldır, eləcə də bağırsağın motorikasının yaxşılaşmasına kömək edir.Həll olan lifli maddə fəal şəkildə suyu hopdurduğuna görə, “Psillium, qida lifləri 500 mq” məhsulunun qəbulu zamanı su balansını unutmamaq və hər bir kapsulu ən azı 1 stəkan su ilə qəbul etmək lazımdır.

Buraxılış forması
200 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 dəfə 2 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Qida lifləri (həll olan) – 400 mq
    Mənbəyi:
  • Bağayarpağı qabıqlarının lifləri – 500 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

200 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri

Tövsiyə edilən məhsullar