Sink pikolinat | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Sink pikolinat

“Sink pikolinat” tabletləri sinkin əlavə mənbəyi qismində tövsiyə olunur.
Sink – antioksidantdır, orqanizmin infeksiyalara qarşı müqavimətinin artmasına kömək edir; piy vəzilərinin fəaliyyətini tənzimləməyə, yağlı parıltı və dəridə iltihablarla mübarizə aparmağa imkan verir; saçların tökülməsinin qarşısını alır; kollagenin sintezində iştirak edir; insulinin sekresiyasını stimullaşdırır; spermatogenez prosesində iştirak edir. “Sink pikolinat” tabletlərinin tərkibində sink orqanizm tərəfindən asan mənimsənilən və mədə-bağırsaq traktı tərəfindən əlavə təsirlərin inkişaf etmə riskini minimuma endirən üzvi (xelat) formadadır.

Farmakoloji təsiri

Sink insan üçün vacib mikroelementlərdən biridir və orqanizmdə sintez olunmur. Sink immunitetin dəstəklənməsinə, orqanizmin xarici amillərə qarşı müqavimətinin artırılmasına, antioksidant müdafiəsinə kömək edir. Bu mineral zülal və karbohidrat mübadilələrində iştirak edir. Sink hormonal sistemin və sinir sisteminin normal fəaliyyəti üçün zəruridir. Sinkin əlavə qəbulu piy vəzilərinin fəaliyyətini tənzimləməyə və dəridə yağlı parıltını azaltmağa imkan verir.

 

Buraxılış forması
100 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Sink (sink pikolinat) – 22 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

100 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri