C vitamini ilə təbii mərcanı | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

C vitamini ilə təbii mərcanı

“C vitamini ilə təbii mərcanı” kapsulları C vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur.
Tərkibində olan fəal komponentlər sayəsində mərcanı bitkisi bakteriyaların sidikçıxarıcı yolların divarlarına yapışmasına mane olur, bunun sayəsində sistitin və onun təkrar kəskinləşmələrinin inkişaf etmə riskini azaltmağa kömək edir. C vitamini antioksidant təsirə malikdir, immuniteti möhkəmləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

Farmakoloji təsiri

Mərcanı bitkisi ənənəvi olaraq sidik-cinsiyyət sisteminin sağlamlığının dəstəklənməsi üçün istifadə olunur, belə ki, mərcanı bitkisinin tərkibindəki hippur turşusu və D-mannoza sidikçıxarıcı yollarda bakteriyaların inkişafına və yayılmasına mane olur. Məhsulun tərkibinə daxil olan C vitamini immuniteti artırır və antioksidant təsirə malikdir.

Buraxılış forması
60 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • C vitamini (L-askorbin turşusu) – 60 mq
    Mənbəyi:
  • Mərcanı giləmeyvələrinin tozu – 400 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

60 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri