Multivitamin və mineral kompleksi 50+ | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Multivitamin və mineral kompleksi 50+

Solgar® VM-PRIME – 50 yaşdan yuxarı insanların resurslarla dəstəklənməsinin təmin edilməsi üçün işlənib hazırlanan unikal formuldur. 50 yaşında fizioloji proseslərin ləngiməsi sağlamlıqda özünü göstərir, yaşla bağlı dəyişikliklər baş verir. Solgar VM-PRIME məhsulu sağlamlığın əsas sahələrini dəstəkləmək və optimal rifahı təşviq etmək məqsədi ilə, bu dəyişikliklər nəzərə alınmaqla işlənib hazırlanmışdır.
Bioloji fəallığa malik qida əlavəsi – А, С, D, Е, В1, В2, В6, В12, В3 (niasin) vitaminlərinin, pantoten turşusunun, fol turşusunun, biotinin, yodun, sinkin, selenin, misin, manqanın, xromun əlavə mənbəyi qismində tövsiyə olunur.

Farmakoloji təsiri

Yaşlandıqca orqanizmin meydana çıxan tələbatlarını nəzərə alaraq Solgar şirkəti tərəfindən aşağıdakı məqsədlər üçün xüsusi vitamin-mineral kompleksi işlənib hazırlanmışdır:
Gəncliyin uzadılması (sink, mis, selen, C, E vitaminləri, biotin)
Stressə qarşı davamlılığın artırılması (maqnezium, B qrupu vitaminləri)
Enerji mübadiləsinin yaxşılaşdırılması (xolin, inozit, niasin, B6 və B12 vitaminləri)
Ürəyin sağlamlığının dəstəklənməsi (xrom, pantoten turşusu, fol turşusu, tiamin və yod)

Buraxılış forması
60 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 2 dəfə 1 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • A vitamini – 750 mkq,
  • C vitamini – 250 mq,
  • D3 vitamini – 10 mkq,
  • E vitamini – 100 mq,
  • В1 vitamini (tiamin) – 2,5 mq,
  • В2 vitamini (riboflavin) – 3 mq,
  • BЗ vitamini (niasin) – 25 mq,
  • В6 vitamini – 3 mq,
  • Fol turşusu – 400 mkq,
  • B12 vitamini – 5 mkq,
  • Biotin – 75 mkq,
  • Pantoten turşusu – 7,5 mq,
  • Kalsium – 66 mq,
  • Yod – 150 mkq,
  • Maqnezium – 32 mq,
  • Sink – 15 mq,
  • Selen – 100 mkq,
  • Xolin – 200 mq,
  • Mis – 3 mq,
  • Manqan – 4 mq,
  • Xrom – 200 mkq,
  • İnozit – 25 mq,
  • Betain hidroxlorid – 25 mq,
  • Sitrus bioflavonoidləri kompleksi- 25 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Qalxanvarı vəzi xəstəlikləri olan şəxslər istifadə etməzdən əvvəl həkim-endokrinoloqla məsləhətləşməlidirlər

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya, yod preparatlarının əks-göstəriş olduğu vəziyyətlər

Tövsiyə edilən qiymət

60 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri