Asan mənimsənilən dəmir Centl Ayron | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Asan mənimsənilən dəmir Centl Ayron

“Asan mənimsənilən dəmir Centl Ayron” kapsulları dəmirin əlavə mənbəyi qismində tövsiyə olunur. Dəmir hemoqlobinin tərkibinə daxildir, toxumalarda oksigenin və karbon qazının mübadiləsində, sinir impulslarının ötürülməsi proseslərində, immunitetin möhkəmləndirilməsində iştirak edir. Hamiləlik və laktasiya dövrlərində dəmirə olan tələbat artır. “Asan mənimsənilən dəmir Centl Ayron” kapsullarının tərkibində mineralın optimal gündəlik dozası asan mənimsənilən üzvi (xelat) formadadır, məhsul yüksək təhlükəsizlik profilinə malikdir və mədə-bağırsaq traktı tərəfindən əlavə təsirlərin yaranması riskini minimuma endirir.

Farmakoloji təsiri

Dəmir insan orqanizminin normal həyat fəaliyyəti üçün zəruri olan əvəzolunmaz mikroelementlərə aiddir. Dəmir çatışmazlığı zamanı insan bədənində ən mühüm funksiyanı – oksigenin hüceyrələrə daşınmasını yerinə yetirən hemoqlobinin sintezi pozulur.

Buraxılış forması
90 kapsul
180 kapsul
İstifadəyə dair tövsiyələr
Yetkin qadınlar: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Dəmir (dəmir bisqlisinat) – 25 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. Hamilə qadınların və südverən anaların istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmələri tövsiyə olunur

Tövsiyə edilən qiymət

90 kapsul:

180 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri