Balıq yağının konsentratı Omeqa-3 | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Balıq yağının konsentratı Omeqa-3

“Balıq yağı konsentratı Omeqa-3” kapsulları omeqa-3 polidoymamış yağ turşularının (eykozapentaen və dokozaheksaen turşularının) əlavə mənbəyi qismində tövsiyə olunur. Bu formul tərkibində optimal miqdarda omeqa-3 polidoymamış yağ turşuları olan qatılaşdırılmış təbii balıq yağından ibarətdir, bu yağ turşuları görmə qabiliyyətinin qorunmasına, baş beynin işinin yaxşılaşmasına, ürək-damar xəstəliklərinin profilaktikasına, əhvalın yaxşı olmasına kömək edirlər.
“Balıq yağı konsentratı Omeqa-3” kapsullarının istehsalı zamanı, balıq yağından ağır metal duzlarını kənarlaşdırmağa imkan verən unikal molekulyar distillə texnologiyasından istifadə edilir. Acılaşmadan və oksidləşmədən qorumaq məqsədi ilə “Balıq yağı konsentratı Omeqa-3” kapsullarının hər birinin tərkibinə təbii E vitamini əlavə edilmişdir.

Farmakoloji təsiri

Balıq yağının ürək-damar sisteminə müsbət təsiri onun tərkibinə daxil olan Omeqa-3 PDYT-nin xolesterinin səviyyəsinə təsir etmək qabiliyyəti ilə əlaqədardır. Omeqa-3 PDYT sinir sisteminin işində bilavasitə iştirak edir, gözün torlu qişasının sağlamlığının qorunub saxlanmasına kömək edir, habelə artrit zamanı iltihabı azaltmağa və depressiv pozuntuların inkişaf etmə riskini azaltmağa kömək edirlər.

 

Buraxılış forması
60 kapsul
120 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 2 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • Omeqa-3 PDYT – 300 mq
    o cümlədən
  • Dokozaheksaen turşusu (DHT) – 100 mq,
  • Eykozapentaen turşusu (EPT) – 160 mq
    Mənbəyi:
  • Balıq yağının konsentratı – 1000 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

60 kapsul:

120 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri