Əsas aminturşuların kompleksi | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Əsas aminturşuların kompleksi

“Əsas aminturşular kompleksi” kapsulları aminturşuların əlavə mənbəyi qismində tövsiyə olunur. Kompleksin tərkibində 8 əvəz olunmayan aminturşu vardır, onlar orqanizmin əsas tikinti elementi olan zülalın, o cümlədən dərinin və sümük toxumasının bərpa olunmasına kömək edən kollagenin və elastinin yaranmasında iştirak edirlər. Aminturşular sərbəst L-formada olurlar ki, bu da onların maksimum dərəcədə sürətlə və effektiv şəkildə mənimsənilməsini təmin edir. Məhsul duz, şəkər, qlüten və potensial allergenlər əlavə edilmədən istehsal olunur.

Farmakoloji təsiri

Aminturşular – orqanizmin bütün zülallarının struktur komponentləridir. Aminturşular fermentlərin, hormonların sintezi, orqanizmin bütün orqan və toxumaları üçün
vacibdirlər. Sintez və regenerasiya prosesləri orqanizm tərəfindən daima həyata keçirildiyindən, onun normal fəaliyyəti üçün əvəz olunmayan aminturşuların müvafiq səviyyəsini, balansını və daxil olmasını təmin etmək zəruridir.

Buraxılış forması
30 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 3 dəfə 2 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • L-histidin – 75 mq,
  • L-izoleysin – 75 mq,
  • L-leysin – 75 mq,
  • L-lizin – 75 mq,
  • L-metionin – 75 mq,
  • L-fenilalanin – 75 mq,
  • L-treonin – 75 mq,
  • L-valin – 75 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya, fenilketonuriya. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır

Tövsiyə edilən qiymət

30 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri