Dəri, dırnaqlar, saçlar | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

Dəri, dırnaqlar, saçlar

“Dəri, dırnaqlar, saçlar” tabletləri kükürdün, C vitamininin, sinkin və misin əlavə mənbəyi qismində tövsiyə olunur. “Dəri, dırnaqlar, saçlar” kompleksinin əsasını üzvi kükürdün mənbəyi, keratinin (saçların və dırnaqların tikinti elementi), eləcə də kollagenin (dərinin əsasını təşkil edən maddə) əsas komponenti olan MSM (metilsulfonilmetan) təşkil edir. Məhsulun balanslaşdırılmış tərkibi dərinin möhkəmliyini və elastikliyini qoruyub saxlamağa, UB-şüaların zərərli təsirindən qorumağa, habelə piy vəzilərinin fəaliyyətini tənzimləməyə, saçları və dırnaqları möhkəmləndirməyə imkan verir.

Farmakoloji təsiri:

Kükürd (MSM) keratinin (saçların və dırnaqların əsas tikinti elementinin), eləcə də kollagenin (dermanın əsasını təşkil edir) tikinti komponentidir. Bundan əlavə, MSM ən güclü antioksidantlardan biri olan qlutationun sintezində iştirak edir.
Sink saçların tökülməsinin qarşısını alır, kollagenin sintezində iştirak edir, piy vəzilərinin fəaliyyətini tənzimləyir, habelə yağlı parıltı ilə mübarizə aparmağa
və dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edir. Mis dərini UB-şüaların zərərli təsirindən qoruyur. C vitamini, L-lizin və L-prolin aminturşuları kollagenin yaranmasında iştirak edir, dəriyə möhkəmlik və elastiklik bəxş edir, dəridə yaşla əlaqədar baş verən dəyişiklikləri ləngitməyə kömək edir.

Buraxılış forması
60 tablet
120 tablet
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 2 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • C vitamini (L-askorbin turşusu) – 60 mq,
  • Sink (sink sitrat) – 7,5 mq,
  • Mis (mis qlisinat) – 1 mq,
  • L-prolin – 25 mq,
  • L-lizin (L-lizin hidroxralit) – 25 mq,
  • Metilsulfonilmetan (MSM) – 500 mq,
  • Qırmızı yosunların tozu – 75 mq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

60 tablet:

120 tablet:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri