"Kanqavites™ Tropik meyvələrin dadı ilə multivitaminlərin və mineralların kompleks formulu | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

“Kanqavites™ Tropik meyvələrin dadı ilə multivitaminlərin və mineralların kompleks formulu

“Kanqavites™. Tropik meyvələrin dadı ilə multivitaminlərin və mineralların kompleks formulu” – uşaqlar üçün C vitamini, fol turşusu, biotin, kalsium, maqnezium ilə zəngin olan, çeynəmə tabletləri şəklində multivitaminlərdir. Solgar şirkətinin istehsalı olan multivitamin və minerallar kompleksinin tərkibində həm də selen, xrom və soya lesitini vardır. Məhsul böyümə və inkişaf funksiyalarını stimullaşdırmaqla, orqanizmi onun toxuma və sistemlərinin inkişafı və dəstəklənməsi üçün zəruri olan maddələrlə təchiz edir, sinir və əzələ sisteminin normal fəaliyyətinə, habelə yaddaşın və beyin funksiyalarının yaxşılaşmasına kömək edir. “Kanqavites™. Tropik meyvələrin dadı ilə multivitaminlərin və mineralların kompleks formulu” fruktoza ilə şirinləşdirilmiş, habelə tropik meyvə və tərəvəzlərin təbii ekstraktları ilə ətirləndirilmiş çeynəmə tabletləri formasında buraxılır. Bu kompleksin tərkibində həmçinin sitrus bitkilərinin bioflavonoidləri, brokkoli, qırmızı çuğundur, yerkökü, ərik, alma, çiyələk və itburnu ekstraktları vardır, kompleks inkişaf etməkdə olan orqanizmin vitaminlərə və minerallara olan gündəlik tələbatını təmin edir.

Farmakoloji təsiri

Vitaminlər və minerallar uşaq və yeniyetmələrin orqanizmi üçün xüsusilə vacibdirlər ki, bu da uşaqların intensiv böyüməsi və mübadilə proseslərinin xüsusiyyətləri ilə əlaqədardır. Mikronutriyentlərin kifayət qədər qəbul olunmaması immun sisteminin fəallığını azaldır, respirator və mədə-bağırsaq xəstəliklərinin tezliyini artırır, məktəbdə müvəffəqiyyət dərəcəsini əhəmiyyətli dərəcədə pisləşdirir.

Buraxılış forması
60 жевательных таблеток
İstifadəyə dair tövsiyələr
3 yaş və yuxarı uşaqlar: gündə 1 tablet, böyüklər: gündə 1-2 tablet, yemək zamanı
Bioloji aktiv maddələr
  • Kalsium – 64 mq,
  • C vitamini – 50 mq,
  • Maqnezium – 32 mq,
  • Niasin – 10 mq,
  • E vitamini – 7 mq TE*,
  • Pantoten turşusu – 3 mq,
  • Dəmir – 2,5 mq,
  • Sink – 1,5 mq,
  • B6 vitamini – 1 mq,
  • A vitamini – 150 mkq RE**,
  • Fol turşusu – 100 mkq,
  • Biotin – 15 mkq,
  • Yod – 22,5 mkq,
  • В12 vitamini – 1,5 mkq,
  • D vitamini – 2,5 mkq,
  • Selen – 2,5 mkq,
  • В1 vitamini – 0,75 mq,
  • В2 vitamini – 0,85 mq
    habelə:
  • Beta-karotin – 1,2 mq,
  • Manqan – 0,25 mq,
  • Mis – 37,5 mkq,
  • Xrom – 5 mkq
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur, uşaqlarda BFMQƏ-ni istifadə etməzdən əvvəl həkim-pediatrla məsləhətləşmək tövsiyə olunur

Tövsiyə edilən qiymət

60 жевательных таблеток:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri