E vitamini 100 BV | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

E vitamini 100 BV

“E vitamini 100 BV” kapsulları E vitamininin əlavə mənbəyi qismində tövsiyə olunur. “E vitamini 100 BV” məhsulunun tərkibində d-alfa tokoferol şəklində təmsil olunan təbii E vitamini, habelə E vitamininin antioksidant xüsusiyyətlərini gücləndirən tokoferol izomerlərinin qarışığı (d-beta, d-delta, d-qamma) vardır. E vitamini antioksidant təsirə malikdir, ürək-damar sisteminin qorunmasına kömək edir, dərinin vaxtından əvvəl yaşlanması riskini azaltmağa imkan verir.

Farmakoloji təsiri

E vitamini orqanizmin bir çox proseslərində iştirak edən əvəz olunmayan vitaminlərə aiddir. Təbii E vitamini bitki yağlarının, taxıl bitkilərinin, eləcə də toxumların və qoz-fındığın tərkibində böyük miqdarlarda olur.

Buraxılış forması
50 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • E vitamini (D-alfa tokoferol) – 100 BV (67 mq)
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

Hamilə qadınlar və südverən analar həkimin tövsiyəsi ilə və müşahidəsi altında qəbul etməlidirlər

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük

Tövsiyə edilən qiymət

50 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri