B-Kompleks | Solgar - полезные свойства, инструкция по применению, где купить в аптеках

B-Kompleks

“B-Kompleks” kapsulları tərkibində inozit olan B qrupu vitaminlərinin (B1, B2, B6, B12, niasin, pantoten turşusu, fol turşusu, biotin) əlavə mənbəyi qismində tövsiyə olunur. Orqanizm tərəfindən B qrupunun yalnız bəzi vitaminləri, həm də normal həyat fəaliyyətinin dəstəklənməsi üçün kifayət etməyən az miqdarlarda sintez edilir, buna görə də qida rasionu vasitəsilə onların balansını artırmaq vacibdir. Kompleksə daxil olan vitaminlər enerji mübadiləsinə, sinir sisteminə faydalı təsir göstərir, immun sistemin fəaliyyətinin dəstəklənməsini təmin edirlər. Kompleksin üstün cəhəti hər bir kapsulda vitaminlərin optimal dozalarının olmasıdır.

Farmakoloji təsiri

B qrupu vitaminləri bütün orqanizmin kompleks şəkildə dəstəklənməsi, bütün mübadilə proseslərinin, o cümlədən qida maddələrindən (nutriyentlərdən) enerjinin azad olması üçün zəruridir. B qrupu vitaminlərinə ilk növbədə mərkəzi sinir sisteminin ehtiyacı var.

Buraxılış forması
50 kapsul
İstifadəyə dair tövsiyələr
Böyüklər: gündə 1 kapsul, yemək zamanı
Bioloji aktiv maddələr
  • B1 vitamini (tiamin) – 2,5 mq,
  • B2 vitamini (riboflavin) – 3 mq,
  • В3 vitamini (niasin) – 50 mq,
  • B5 vitamini (pantoten turşusu) – 7,5 mq,
  • B6 vitamini (piridoksin) – 3 mq,
  • B9 vitamini (fol turşusu) – 400 mkq,
  • B12 vitamini (sianokobalamin) – 4,5 mkq,
  • Biotin (В7) – 50 mkq, İnozit (В8) – 50 mq,
  • Xolin (В4) – 21 mq,
  • Otların qarışığı, toz (Şimali Atlantika dəniz yosunları (Ascophyllum nodosum) (bütöv bitki))
    Qarayonca (Medicago sativa) (yarpaqları və saplağı)
    Aserola kompleksi 1: 4 (Malpighia punicifolia L. və ya Malpighia glabra) (giləmeyvələri), Cəfəri tozu (Petroselinum crispum) (yarpaq), İtburnu tozu (Rosa canina) (meyvə), Vəzəri tozu
Əlavə məlumat
Hamiləlik və əmizdirmə dövrlərində tətbiqi

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur

Əks-göstərişlər

Komponentlərə qarşı fərdi dözümsüzlük, hamiləlik, laktasiya

Tövsiyə edilən qiymət

50 kapsul:

1947-Cİ İLDƏN ETİBARƏN QIZIL STANDART

 

75 ildir ki, Solgar® brendi keyfiyyət, sağlamlıq və rifah naminə işləyir. Bizim missiyamız — ən yaxşı xammaldan, kiçik partiyalarda və istehsalın bütün mərhələlərində ən yüksək keyfiyyətə nəzarət tələbləri ilə yüksək səviyyəli qida maddələri yaratmaqdır

 

Solgar® Qızıl Standartı bunlardan ibarətdir!

BİZ HƏR ŞEYDƏ QIZIL KEYFİYYƏT STANDARTINA ƏMƏL EDİRİK

  • Elmə əsaslanan istehsalat
  • Etibarlı mənbələrdən alınan inqrediyentlər
  • Süni inqrediyentlərin və doldurucuların istifadəsindən imtina
  • Yeganə tam dövrəli zavodda öz istehsalımız
  • Ən yüksək keyfiyyət standartları: USP su filtrləri, HEPA hava filtrləri