SOLGAR ŞİRKƏTİNİN FƏLSƏFƏSİ | SOLGAR — сайт в Азербайджане
QIZIL STANDART DÜNYA İSTEHSALI SOLGAR ŞİRKƏTİNİN FƏLSƏFƏSİ TARİXÇƏMİZ Əlaqə məlumatları

Əgər siz nə zamansa qablaşma üzərində yoğurtun yağlılığını yoxlamısınızsa və ya avtomobili qarajda saxlayaraq velosipedlə getməyə üstünlük vermisinizsə, o zaman çox güman ki, Solgar şirkətinin fəlsəfəsi: sağlam həyat tərzi konsepsiyası Sizə yaxındır.

Getdikcə daha çox insan bu konsepsiyanı qəbul edir. Onlar başa düşürlər ki, sağlamlıq da gözəllik qədər vacibdir, xarici görünüş isə – sağlamlığın tərkib hissələrindən yalnız biridir.

Sirr deyildir ki, sağlamlığa qayğı son illər dəbdə olan trendə çevrilib, lakin ideya heç də yeni deyil. Solgar şirkəti, milyonlarla insan kimi, artıq çoxdandır ki, sağlamlığa qayğı göstərilməsinə böyük diqqət ayırır. Şirkət orta dərəcəli məşqlərin, balanslaşdırılmış pəhrizin, vitamin əlavələrinin və sağlam həyat tərzinə hərtərəfli yanaşmanın dəyərini və vacibliyini vurğulayır.

 

Solgar şirkəti 1947-ci ildən, yəni şirkətin təsis edildiyi vaxtdan sağlamlığa qayğı ilə məşğul olur. Bu, keyfiyyətə və innovasiyalara sadiqliyi bildirir.

SOLGAR şirkətinin missiyası – istehlakçıların yüksək keyfiyyətli, innovasiyalı, elmi cəhətdən əsaslandırılmış, bütün dünyada insanlara sağlamlıq və əla əhval bəxş edən məhsullarla təmin edilməsidir.